Məşhur ulduz Cennifer Lopez Ben Affleck ilə ayrıldıqdan sonra Beverli-Hillzdə yerləşən dəbdəbəli malikanəsini ucuz qiymətə satışa çıxarıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 68 milyon dollara satışa çıxarılan, lakin alıcı tapmayan lüks evə rekord endirim tətbiq edilib. Mülkə son olaraq 49,9 milyon dollar qiymət qoyulub.
Qeyd edək ki, cütlük sözügedən malikanəni 2023-cü ilin may ayında təxminən 60,9 milyon dollara alıbmış.
Mülkə aylarla alıcı tapılmadığı üçün qiymət mərhələli şəkildə aşağı salınıb. Əvvəlcə 59,9 milyon dollara, daha sonra 52 milyon dollara endirilən mülkün son satış qiyməti 49,9 milyon dollar olaraq müəyyən edilib.
Qeyd edək ki, Ben Affleck ötən ilin aprel ayında malikanə üzərindəki bütün hüquqlarından könüllü olaraq imtina edib.
