Dünya şöhrətli dizayner 98 yaşında öldü
27 noyabr 2022 02:59 (UTC +04:00)

Dünya şöhrətli dizayner 98 yaşında öldü

Məşhur italyan modelyeri Renato Balestra 98 yaşında Romada vəfat edib. 

Lent.az xəbər verir ki, bu barədə onun qızları Fabiana və Federika məlumat verib.

İtaliya modasının ağsaqqalının dəfn mərasimi çərşənbə axşamı keçiriləcək.

Balestra 3 may 1924-cü ildə Triestdə anadan olub. 

Mühəndislik fakültəsinin tələbəsi təsadüfən moda ilə maraqlanıb, mərc üçün paltarın eskizini hazırlayıb. 

İtalyan aktrisalar Ava Gardner, Gina Lollobrigida və Sophia Loren üçün səhnə geyimlərinin yaradılması sayəsində geniş populyarlıq qazanıb.
 

# 3357
avatar

Oxşar yazılar