Dünyanın ən varlı  10 qadını   - Görün birinci yerdə kimdir
08 noyabr 2023 20:15 (UTC +04:00)

Dünyanın ən varlı 10 qadını - Görün birinci yerdə kimdir

Lent.az dünyanın 10 ən varlı xanımının siyahısını təqdim edir. Onlar bu vəsaiti necə qazanıblar, hansı şirkətləri idarə edirlər? Oxuyun, biləcəksiniz.

10-cu yerdə 18 milyard dollarlıq vəsaitlə Cina Raynxard dayanır. O, atasının  dəmir hasilatı biznesinin yeganə varisidir. 69 yaşı var.

Siyahımızda 9-cu yerdə dayanan  Ayris Fontbona 23 milyard dollar vəsaitin sahibidir. Bu varidat ona 2005-ci ildə vəfat etmiş milyarder ərindən qalıb. Ailə faydalı qazıntıların istehsalı ilə məşğuldur. 80 yaşı var.

8-ci yerdə Suzanna Klatten dayanır. O 24 milyard dollarlıq vəsaitlə  BMW şirkətinin varisidir. 60 yaşı var.

7-ci yerdə Makkenzi Skott dayanır. O 29 milyard dollar vəsait sahibidr. AMAZON şirkətinin  rəhbəri Cef Bezosun keçmiş arvadıdır. 52 yaşı var.

6-cı Rafaella Apont dayanır. O öz 31 milyard dollarını özü qazanıb. Böyük gəmi şirkətinin rəhbəridir. 78 yaşı var.

5-ci yerdə Mariam Adelson dayanır. 36 milyard dollarlıq sərvət ona ərinin bağışladığı qumarxanalardan qalıb. 77 yaşı var.

Dördüncü yerin sahibi Jaklin Marsın 38 milyard dolları var. O Mars şirniyyat  şirkətinin rəhbəridir. 83 yaşı var.

Üçüncü yerdə Yuliya Kox dayanır. 59 milyard dollarlıq sərvət ona atasından və ərindən qalıb. 60 yaşı var.

İkinci yerdə Ellis Uoltonun adı gəlir. Bu xanım 61 milyard dollara sahibdir. Volmart şirkətlər şəbəkəsinin hazırkı sahibidir. 73 yaşı var.

 Birinci yerdə Fransua Betankur Mayers dayanır. 90 milyard sərvəti olan bu xanım LOreal  kosmetik brendinin sahibidir. 68 yaşı var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 77235
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07