Müğənni Emin Ağalarov hər konsertdən 7 milyon rubl qazanır.
Lent.az xəbər verir ki, bu barədə prodüser Sergey Dvortsov “Passion” portalına açıqlamasında bildirib. Dvortsovun sözlərinə görə, Ağalarov "təxminən Lepslə eyni" qazanır.
"Amma təbii ki, o, estradadan çox biznesdən qazanır. O, kifayət qədər yaxşı, nüfuzlu iş adamıdır, uğurludur. Ona görə də, necə deyərlər, ona pul lazım deyil", - prodüser bildirib.