Son dövrlərdə estetik əməliyyatları ilə diqqət çəkən türkü ifaçısı Ceylan, Nişantaşında müxbirlərlə qarşılaşanda böyük panika yaşayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avtodayanacaq işçisinin arxasına sığınaraq qaçmağa çalışan müğənni, görüntülənməkdən xilas ola bilməyəndə yana profilini əli ilə örtməyə çalışıb. Bir neçə ay əvvəl bir AVM-də obyektivlərə tuş gələn Ceylan belə demişdi:
“Daim üzümə etdirdiyim estetik danışılır, amma heç kim bədənimdəki dəyişikliyi görmür. Öz üsullarımla 10 kilo verdim, indi daha fit və sağlamam. Bu da mənə yetir".