Ferdi Tayfurun  miras davası davam edir...
01 may 2025 10:42 (UTC +04:00)

Ferdi Tayfurun miras davası davam edir...

Arabesk musiqisinin ustası Ferdi Tayfurun mirasında adı keçməyən uşaqları Tuğçe Tayfur və Timur Turanbayburt, vəsiyyətin ləğvi üçün məhkəməyə müraciət ediblər.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikinci məhkəmə iclası bir neçə gün öncə Marmaris 1-ci Sulh Hüquq Məhkəməsində keçirilib.

Varislər ilk məhkəmə iclasındakı ifadələrinin qüvvədə olduğunu bildiriblər. Vəsiyyətə etiraz edən Timur Turanbayburt və Tuğçe Tayfur da öz mövqelərini təkrar ediblər. Məhkəmə 28 may tarixinə təxirə salınıb.

Məhkəmənin təxirə salınmasından sonra Tuğçe Tayfur sosial mediada maraqlı bir açıqlama yayımlayıb. Miras səbəbilə bibisi qızı Şirin Gözalıcı və digər bacıları ilə küsülü olan Tuğçe Tayfur belə yazıb:

“Marmarisdəki məhkəmədən hoppana-hoppana İstanbuldakı məhkəməyə gələn Edi ilə Adana Vəkillər Kollegiyasından İstanbula gələn Büdü girdikləri işdən xəbərsiz, arxalarına baxa-baxa geri dönürlərmiş. Mən? İyunda doğuşum olacaq. Təxminən iyul ayında konsertlərə başlayaram. İlk çıxış mahnımı da atamın mahnılarından biri ilə edərəm. Kiminsə danışdığı  yerdə öz işimi görərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar