Hollivud ulduzu  milyarder əriylə   necə tanış olmasından danışdı
09 iyun 2023 14:58 (UTC +04:00)

Hollivud ulduzu milyarder əriylə necə tanış olmasından danışdı

Hollivud ulduzu Lindsi Loxana ərəb əsilli biznesmen əri Bader Şamas ilə tanışlıq hekayəsini bölüşüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 2022-ci ildə ailə quran aktrisa hamilədir.

“Biz onunla Dubayda restoranda tanış olduq.Tanış olduqdan 1 saat sonra ona dedim ki, ömürlük birlikdə olacağımıza inanıram. Heç kimə belə sözlər deməmişdim.1 həftə sonra o evlilik təklifi etdi”, - deyən aktrisa ana olacağı günü səbirsizliklə gözlədiyini bildirib.


 

# 2130
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar