İlkin Həsəni də tıxacdan şikayətləndi: "Cəzasızlıq..."
30 mart 2023 17:07 (UTC +04:00)

İlkin Həsəni də tıxacdan şikayətləndi: "Cəzasızlıq..."

Tanınmış aparıcı, aktyor İlkin Həsəni paylaşımı ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, "20 Yanvar" ərazisindəki tıxac problemi barədə yazıb.

Aparıcı bildirib ki, bu tıxac problemi həll olunmalıdır:

"Bunu da dünən MTV-də qonaq olarkən çəkdim. Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta 1 nəfər” problemi. 3 aydan bir faydası olmayan reydlərlə, “Hörmətli sürücü burada maşın saxla...” deməklə deyil, konkret addımlar atmaq lazımdır. Orada maşın saxlayan sürücülər cərimə olunsa, sizcə, yenidən orada saxlayar? Yox! Ölkəmizin ən böyük problemi də budur, cəzasızlıq!”.

# 2259
avatar

Nigar Namiq

Oxşar yazılar