İrem Derici  özəl günündə tutuldu - Bu gün nişanı olacaqdı
08 oktyabr 2025 12:15 (UTC +04:00)

İrem Derici özəl günündə tutuldu - Bu gün nişanı olacaqdı

0

Bu səhər Türkiyənin İstanbul şəhərində gözlənilməz bir əməliyyatın keçirilməsi gündəm oldu. İstanbul Baş Prokurorluğunun Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırma nəticəsində, “narkotik maddəsi istifadəsi” ittihamı ilə bir çox tanınmış şəxs barəsində istintaq başladılıb.

Bu barədə Lent.az bu gün geniş məlumatlar verib. Lakin indi məlum olub ki, tutulanlar arasında olan məşhur müğənni İrem Dericinin bu gün özəl günü imiş. Müğənni bu gün DJ sevgilisi Melih Kunukçu ilə nişanlanacaqmış. Lakin əməliyyat səbəbindən bu baş tutmayacaq.

Xatırladaq ki, ötən avqust ayında yaxın dostları Burak Bulut və Eda Sakızın toyunda səhnəyə çıxan İrem Derici, sevgilisinin gözlənilməz evlilik təklifiylə böyük bir sürpriz yaşamışdı. Melih Kunukçu səhnədə diz çökərək Dericiyə evlilik təklifi etdi, məşhur müğənni isə “Həyatımın ən böyük şokunu yaşayıram. Sonsuza qədər bəli!” sözləri ilə cavab vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar