"Kaş ki, başıma dollar  taxmasaydım, qızıl tozlu qəhvə içməsəydim" - Dilan Polat
04 iyun 2025 12:48 (UTC +04:00)

"Kaş ki, başıma dollar taxmasaydım, qızıl tozlu qəhvə içməsəydim" - Dilan Polat

9,5 Ay Həbsdə Qalan Sosial Media Fenomenindən Səmimi Etiraflar

Sosial media fenomeni Dilan Polat, "qara pul yuma" ittihamı ilə 9,5 ay həbsdə qaldıqdan sonra ilk dəfə yaşadıqlarını və peşmanlıqlarını bölüşüb.

Lent.az xəbər verir ki, o, sosial şəbəkədə "Kaş ki, başımı dollara bürüyüb paylaşmasaydım. Kaş ki, qızıl tozlu qəhvə içməsəydim," deyib. Bununla da həyat tərzinin başına iş açdığını bildirib.

İntihar Cəhdi və Psixoloji Sarsıntı

Dilan Polat, Pınar Kerimoğlunun YouTube proqramında qonaq olaraq, həbsxana dövründə yaşadığı çətinlikləri və psixoloji vəziyyətini açıqlayıb. O, bacısı Sıla Doğunun azadlığa çıxmasından sonra yemək yeməyi dayandırdığını və intihar etməyi düşündüyünü bildirib. "Görüşdən sonra mənə qalan bir şərf vardı. Onunla boğazımı sıxdım. Ölüm anında uşaqlarım gözümün önünə gəldi və dayandım," deyə əlavə edib.  

"Çəhrayı otaq" İddialarına Cavab

Polat, həbsxanada həyat yoldaşı Engin Polat ilə "Çəhrayı otaq" tələbində olmaları iddialarını yalanlayıb. O, "Biz ayrı həbsxanalarda idik”.

"Bu Proses Mənə Sakit Olmağı Öyrətdi"

Yaşadığı çətinliklərdən dərs çıxardığını qeyd edən Dilan Polat, "Bu proses mənə sakit olmağı öyrətdi. Kaş ki, başımı dollara bürüyüb paylaşmasaydım, kaş ki, qızıl tozlu qəhvə içməsəydim," sözləri ilə peşmanlığını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar