Müğənni İradə İbrahimova və atası 
15 iyun 2021 16:49 (UTC +04:00)

Müğənni İradə İbrahimova və atası 

"Kim nə istəyir desin" - İradə atası barədə yazdı

Müğənni İradə İbrahimova vəfat edən atası barədə sosial şəbəkədə status yazıb.

Lent.az xəbər verir ki, ifaçı paylaşımında bu sözləri qeyd edib: 

"Bu həyat mənə heç kim senin, mənim, onun həqiqətdə nə yaşadığını bilmədiyini öyrətdi. Payız, qış ayları mənim həm ən dəyərlilərimin dünyaya gəldikləri, dünyadan sonsuza qədər köçdükləri aylardır. Həyata necə baxmağımız çox vacibdir, çünki alan da, verən də birdir, təkdir, odur. Şükür məsləhətinə. Kim nə istəyir desin, amma həyat yaşayaraq öyrənilir və bunu yaşayan bilir. Nə deyim, heç bilmirəm. Burnumun ucu göynəyir senin üçün, Ata!

Həyatınızda çox dəyərli  olduğunu hiss etdiyiniz hər kəsi qucaqlayın, qoxusunu çəkin içinizə, çünki varlığımız sonsuzadək deyil. Əbədi dünyaya köçən bütün ölmüşlərimizə, Allah rəhmət eləsin! Allah sıralı ölüm versin".

Müğənni İradə İbrahimova və atası 


 

# 7632
avatar

Yalçın UĞUR

Oxşar yazılar