Bir neçə gün öncə dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni iddia gündəmə gəlib.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, aktrisanın Tailandda meymun tərəfindən dişləndiyi ehtimalı irəli sürülüb.
Bu iddia istintaq materiallarına daxil edilib və ekspertiza zamanı nəzərə alınması tələb olunub. Meymun dişləməsinin ölümə səbəb olub-olmadığı isə aparılan araşdırmalardan sonra dəqiqləşəcək. Mütəxəssislərin rəyinə əsasən, meymun dişləməsi ağır infeksiyalara, hətta sepsis kimi həyati təhlükə yaradan fəsadlara səbəb ola bilər.
Hazırda ölümün dəqiq səbəbinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam edir və cinayət işi üzrə materiallar prokurorluq tərəfindən ətraflı qiymətləndirilir.
Qeyd edək ki, "Kızılcık Şerbeti" serialında "İşıl" obrazı ilə tanınan aktrisa 35 yaşında evində dünyasını dəyişib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.