Dünən Türkiyədə narkotik əməliyyatında saxlanılan aktrisa Meriç Aral yeni doğum etmişdi. Bu səbəbdən də o, jandarmada əməkdaşlardan “süd pompası” istəyib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu hadisə əməliyyatın özündən daha çox gündəm olub.
Məlumata görə, İstanbulda keçirilən narkotik əməliyyatı zamanı səhər saatlarında evindən aparılan aktrisa Meriç Aral, ifadə vermək üçün gətirildiyi İl Jandarma Komandanlığında “süd pompası” tələb edib.
2025-ci ilin 4 sentyabrında oğlu Günəşi dünyaya gətirən Aral, əməliyyat zamanı səhər tezdən evindən çıxarılaraq İstanbul İl Jandarma Komandanlığına aparılıb.
Onun vəkili Birsen Altuntaşın verdiyi məlumata görə, Aral ifadə vermək üçün gözlədiyi müddətdə jandarmadan “süd pompası” istəyib və bu prosesə etiraz edib.
Qeyd edək ki, dünən keçirilən proses zamanı İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən narkotik və ya psixotrop maddə istifadəsi ilə bağlı barələrində istintaq başlanan Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Duyğu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynəb Meriç Aral Keskin, Özge Özpirinçci və Mert Yazıcıoğlunu saxlamışdı. Əməliyyatın necə yekunlaşması barədə hələ ki, rəsmi açıqlama yoxdur.