Müğənni Manaf Ağayev özünə "Mercedes-Benz S-Class Maybach" markalı avtomobil alıb.
Lent.az xəbər verir ki, ifaçını həmkarı Afət Fərmanqızı avtomobil idarə edən zaman çəkib.
Manaf köhnə avtomobilində olan "10 BU 100" nömrə nişanını yeni maşınına taxıb.
Qeyd edək ki, M.Ağayev bundan öncə "Audi Q8" markalı maşın idarə edirdi. Həmin avtomobili də ilk dəfə Lent.az lentə almışdı.