Türkiyəli aktrisa Ayçin Tüyun bir müddətdir döş xərçəngindən müalicə alırmış.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aldığı kimyaterapiyadan sonra aktrisa saçlarını qırxdırıb və parikdən istifadə etməyə başlayıb.
Tüyun 3 aydır apardığı müalicənin müsbət nəticə verdiyini və bu prosesi keçəcəyini bildirib. Aktrisa sosial media hesabında ilk dəfə pariksiz fotosunu “Xərçəngə baxmayaraq gülümsə. Hər şeyə baxmayaraq yaşayıram və ayaqdayam" qeydi ilə yayımlayıb.
