Məşhur aktyorun oğlu cinsiyyətini   dəyişdi
01 may 2025 15:22 (UTC +04:00)

Məşhur aktyorun oğlu cinsiyyətini dəyişdi

Məşhur amerikalı aktyor Robert De Nironun oğlu cinsiyyət dəyişdirmə (transgender keçid) etdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, keçmişdə 29 yaşlı Aaron, indi isə Ayrin adlı bir qadın olan şəxs, bu radikal dəyişikliyə necə qərar verdiyini və yeni görünüşü ilə sosial şəbəkələrdə danışıb.

Məlum olduğu kimi, “Taksist”, “Xaç atası”, “Sıfır günü”, “Təcrübəçi” kimi filmlərlə tanınan ulduzun oğlunu model Touk Smit ilə münasibətdə olarkən surroqat ana dünyaya gətirib.

Ayrin bildirib ki, cinsiyyət dəyişikliyi haqqında ilk dəfə 28 yaşında düşünməyə başlayıb. Əvvəllər tərəddüd etsə də, sonradan bu addımı atmaq üçün hələ vaxtı olduğunu düşünərək qərar verib. Keçən ildən hormon preparatları qəbul etməyə başlayıb. Hazırda Ayrin xarici görünüşcə daha çox qadına bənzəyir – çəhrayı dread saçları, manikürü və çəhrayı geyimi ilə sosial şəbəkələrdə görünür.

Onun sözlərinə görə, hələ yeniyetməlik dövründən bəri kişi bədənində özünü narahat hiss edib. Hətta məktəbdə oxuyarkən – o vaxtlar Aaron olaraq – cinsi kimliyini açıqlamışdı. Zamanla transgender qadınlardan ilham alıb və bu, onun bu böyük qərarı verməsinə təsir edib.

“Transgender qadınlar dürüst və açıq olurlar. Mən də belə düşündüm: bilirsiniz nə var? Bəlkə mənim üçün də hələ gec deyil? Bəlkə başlaya bilərəm? Düşünürəm ki, bu dəyişimin böyük bir hissəsi mənə təsir edən qaradərili qadınlardır. Yeni kimliyimi qəbul etməyim və dərimin rənginə olan böyük qürur məni onlara müəyyən mənada daha yaxın hiss etdirir”, – Ayrin fikirlərini bölüşüb.

Eyni zamanda Ayrin etiraf edib ki, ailəsinin onun transgender keçidi ilə bağlı nə düşünəcəyindən narahatdır. Onun sözlərinə görə, ailəsinin bu qərarı məmnuniyyətlə qəbul edib-etməyəcəyinə əmin deyil.

“Düşünürəm ki, içimdəki bir hissə narahatdır ki, ailəm bəlkə də məni hələ də keçiddən əvvəlki halım kimi görəcək”, – Robert De Nironun qızı bildirib.

Ayrin, bu keçiddən qorxan digər insanlara nümunə olmaq istəyir. Onun fikrincə, insan özünü olduğu kimi qəbul etməli və əgər dəyişikliklər zəruridirsə, onlardan çəkinməməlidir. Keçiddən sonra model olmaq və aktyorluqda özünü sınamaq istəyir. Lakin məşhur valideynlərindən bu yolda yardım almaq fikrində deyil – çünki uğuru öz gücü ilə qazanmaq onun üçün vacibdir.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu: Robert De Niro Kann kinofestivalında "Qızıl Palma Budağı" ilə təltif ediləcək. Bu nüfuzlu mükafat aktyora dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə veriləcək. De Niro artıq bu mükafatı almaqla bağlı fikirlərini bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar