Britaniyalı supermodel və aktrisa Naomi Kempbell yenidən ana olub.
Lent.az xəbər verir ki, bu barədə məşhur özünün İnstaqram səhifəsində məlumat verib.
53 yaşlı modelyer yeni doğulmuş uşağı ağ rəngli kostyumda şəklini yayıb. Kadrda Kempbell körpəni qucağında saxlayır, birinci qızı isə körpənin barmaqlarına toxunur.
“Mənim balaca balam, bil ki, doğulduğun andan etibarən səni sonsuz əzizləyib və sevgi ilə əhatə edəcəm. Allahın əsl hədiyyəsi. Xoş gəldin, balam”, - o, postun altına yazıb.
Kempbell yazını mavi ürəklər şəklində emoji ilə müşayiət edib. Pərəstişkarları bu şəkildə televiziya ulduzunun oğlan anası olduğuna işarə etməsini bildiriblər. Modelin hazırda evli olmadığı, üç ildir ki, adını da gizlətdiyi qızını böyütdüyü məlum olub.
