Məşhur müğənni restorandan qorxub qaçdı
02 iyun 2023 15:46 (UTC +04:00)

Məşhur müğənni restorandan qorxub qaçdı

Rusiyalı müğənni Avraam Russo restorandan necə qaçmasından danışıb.

Lent.az-ın xəbərinə görə, müğənni verdiyi müsahibədə klub və  restoranlarda çıxış edən müğənnilərin hər hadisəyə hazırlıqlı olmasının vacibliyindən danışıb. 

“Çünki qonaqlar arasında insident ola bilir. Bir dəfə  səhnə aldığım klubda dava düşdü. Anladım ki, sağ qalmaq üçün aradan çıxmalıyam. Təhlükəni hiss etdim, qorxdum, qaçdım”,- deyə o bildirib.
 

# 2895
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar