Dünyaca məşhur repçi Drake
07 yanvar 2026 11:10 (UTC +04:00)

Dünyaca məşhur repçi Drake

Məşhur repçi qumar ortağı ilə “bot kampaniyası” qurdu – PULLA "FAN" TOPLAYIR

0

Dünyaca məşhur repçi Drake haqqında açılan yeni məhkəmə iddiasında onun onlayn kazinо Stake ilə olan ortaqlığı vasitəsilə Spotify platformasında mahnıları üçün saxta dinləmə kampaniyaları maliyyələşdirdiyi iddia olunub.

Lent.az xarici KİV-ə isrinadən xəbər verir ki, Drake bu dəfə Stake ilə əməkdaşlığına görə, “saxta dinləmə (stream)” ittihamları ilə gündəmə gəlib.

Açılan yeni kollektiv iddiada onun Stake ortaqlığından istifadə edərək milyonlarla dollar dəyərində süni dinləmə kampaniyalarını maliyyələşdirdiyi irəli sürülür.

Bu iş, Stake-in canlı yayımlar vasitəsilə qumar oynamağa imkan verən platformasının Drake və Ross tərəfindən tanıdılması ilə bağlı açılan iddiaların sonuncusu kimi qiymətləndirilir.

İddia ərizəsində bildirilir ki, ən azı 2022-ci ildən etibarən Drake və onun göstərişi ilə hərəkət edən şəxslər — Ross və Nguyen də daxil olmaqla — Stake.com və Stake.us üzərindən gizli şəkildə ötürülən vəsaitləri Drake-in mahnılarının Spotify kimi rəqəmsal platformalarda süni şəkildə daha çox dinlənməsi üçün botlara yönəldiblər.

İddiada qeyd olunur ki, bu saxta dinləmələr rəqəmsal sistemlərə qəsdən yeridilib, bununla da müəllif hüquqları mexanizmləri və alqoritmlər aldadılıb, populyarlıq süni şəkildə yaradılıb, pleylistlər və musiqi siyahıları təhrif edilib.

Drakenin nümayəndəsi ittihamlarla bağlı şərh verməkdən imtina edib. Stake tərəfindən isə hələlik heç bir açıqlama verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar