Məşhur türküçüyə ağır itki
13 iyul 2022 11:28 (UTC +04:00)

Məşhur türküçüyə ağır itki

Məşhur sənətçiyə AĞIR İTKİ: "Acımız çox böyükdür..."

Türkiyənin məşhur türküçüsü Ceylanın bacısı Nalan Avcı vəfat edib. 

Lent.az xəbər verir ki, bu barədə əvvəlcə müğənni Alişan sosial şəbəkə hesabında məlumat yayıb. Alişan başsağlığı verərək yazıb: 

"Allah səbr versin, Ceylanım... Başımız sağ olsun, məkanı cənnət olsun, İnşallah. Ceylanın bacısı Nalan Avcı rəhmətə getdi. Ailəsinə və sevənlərinə başsağlığı diləyirəm".

Ceylan özü də "Instagram" hesabının hekayə bölümündə bu barədə məlumat paylaşıb. O, ailəsi adından ağır xəbəri izləyicilərlə bölüşüb:

"Canımız, qiymətlimiz, bacımız - Nalan Avcı haqqın rəhmətinə qovuşdu. Acımız çox böyükdür... Cənazəsi bu gün Levent məscidindən qaldırılacaq və Kilyos məzarlığında dəfn ediləcək". 

Qeyd edək ki, Nalan Avcı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, dünən axşam saatlarında dünyasını dəyişib. 

Ceylan və bacısı Nalan Avcı

# 3312
avatar

Nigar Namiq

Oxşar yazılar