"Met Gala"da  kim nə geyindi? – Rihannanın parıltısı göz qamaşdırır
06 may 2026 09:44 (UTC +04:00)

"Met Gala"da kim nə geyindi? – Rihannanın parıltısı göz qamaşdırır

0

Met Gala 2026-da Hollivud ulduzları rəsmən yarışa girmişdilər.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, ən çox müzakirə olunan geyim isə Rihannaya aid idi.

Qeyd edək ki, Met Gala dünyanın ən məşhur moda tədbirlərindən biridir. Bu tədbir hər il ABŞ-ın Metropolitan Museum of Art muzeyində keçirilir. Tədbirdə ulduz yağışı olur desək yanılmarıq. Onlar əsasən qeyri-adi obrazlarla diqqət çəkir.

Sosial mediada yayılan görüntülərdə məşhurların fərqli və cəsarətli geyim seçimləri geniş müzakirələrə səbəb olub. Xüsusilə tədbirdə nümayiş etdirilən bəzi avanqard dizaynlar izləyiciləri heyran edib. İnternet istifadəçiləri “kim şık, kim isə həddindən artıq qəribə görünür” kimi şərhlərlə paylaşımları müzakirə edib. Bəzi geyimlər yüksək moda nümunəsi kimi qiymətləndirilsə də, digərləri sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Moda həvəskarları isə qeyd edir ki, Met Gala-nın əsas məqsədi məhz fərqli və sərhədləri aşan obrazlar təqdim etməkdir. Buna görə də tədbirdə klassik geyimlərdən çox eksperimental dizaynlar üstünlük təşkil edir. Sizə təqdim edəcəyimiz videolar qısa müddətdə sosial mediada viral yayılıb və milyonlarla baxış toplayıb.

Ən çox Rihanna qeyri-adi görünüşü ilə yenidən gündəm oldu

Dünyaca məşhur müğənni Rihanna tədbirdən yayılan yeni görüntüləri ilə yenidən diqqət mərkəzinə düşüb. Onun geyiminin üzərində 115 mindən çox aksesuar var. Bu paltara naxışların düzülməsi 1380 saata başa gəlib. Paylaşılan videoda sənətçi parlaq daşlarla işlənmiş, qeyri-adi dizayna malik geyimdə görüntülənib. Rihanna tədbirə həyat yoldaşı A$AP Rocky ilə birlikdə qatılıb və cütlüyün görüntüləri qısa müddətdə sosial şəbəkələrdə viral olub.

İstifadəçilər xüsusilə müğənninin fərqli stilini və tədbirdə sərgilədiyi obrazı geniş müzakirə ediblər. Bəzi izləyicilər geyimi “cəsarətli və yaradıcı”, digərləri isə “ən qəribə obrazlardan biri” adlandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar