Türkiyənin məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı gündəmdən düşmür.
Lent.az xəbər verir ki, misirli milyarder Mohammed Alsaloussidən uzaqlaşan və uşağını itirən Şeyma bu dəfə ayrılıq xəbərləri ilə müzakirə obyektinə çevrilib.
Türkiyənin "Günaydın" qəzeti onların ayrılığının bəzi gizli məqamlarını üzə çıxarıb. Qeyd olunur ki, Şeymanın evlilik təklifi zamanı sevgilisindən almış olduğu üzük və digər hədiyyələr saxta imiş. Belə ki, Şeyma Mohammed Alsaloussinin dələduzluğu ilə bağlı mediada xəbərlər yayılan kimi onun bağışladığı zinət əşyalarını yoxlatdırıb. Bu zaman bütün hədiyyələrin saxta olduğu ortaya çıxıb. Bunu öyrənən Şeyma Mohammed Alsaloussi ilə münasibətinə son qoyub.