Milyonların aşiq olduğu “BLACKPINK”in Lisası qar içində yarıçılpaq  -FOTOLENT
05 fevral 2026 11:40 (UTC +04:00)

Milyonların aşiq olduğu “BLACKPINK”in Lisası qar içində yarıçılpaq -FOTOLENT

0

Məşhur K-pop qrupu BLACKPINK-in üzvü Lisa qarın içində cəsarətli və diqqət çəkən fotossesiya edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu fotoları xəbər portallarında və sosial mediyada “bomba” effekti yaradıb.

Lisa pop karyerası, moda kampaniyaları və böyük markalarla əməkdaşlıqlarına görə, demək olar ki, heç vaxt gündəmdən düşmür.

Lisa kimdir?

Lisa (tam adı Lalisa Manobal) 27 mart 1997-ci ildə Tailandda anadan olub. O, dünyaca məşhur BLACKPINK qrupunun üzvü, əsas rəqqası, repçisi və vokalistidir. Lisa Cənubi Koreyada böyük K-pop şirkəti YG Entertainment tərəfindən seçilən ilk xarici (koreyalı olmayan) qadın sənətçidir.

Lisa Asiya mənşəli olmasına baxmayaraq qlobal pop mədəniyyətini formalaşdıran fiqurdur

Rəqs, musiqi və modanı eyni anda daşıyan nadir sənətçilərdəndir. Gənclər üçün həm sənət, həm də stil ikonu hesab edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar