Türkiyənin məşhur “Taşacak bu deniz” serialında birlikdə rol alan Ali Öner və sevgilisi Zeynep Atılgan ilə Bodrumda görünüb.
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yay mövsümünü Egey sahillərində keçirən cütlük istirahət ediblər.
Qeyd edək ki, Ali Öner və Zeynep Atılgan son günlər haqlarında yayılan xəyanət iddiaları səbəbindən maqazin aləminin ən çox müzakirə olunan cütlüklərindən birinə çevriliblər. Önerin keçmiş nişanlısı Livanur Aydın aldadılması və xəyanətə uğraması haqqında şübhələrinin olduğunu və bundan sonra ayrılmaq qərarına gəldiyini açıqlamışdı. Ortaya atılan iddialardan sonra açıqlama verən cütlük münasibətlərinin nişan başa çatdıqdan sonra başladığını bildirərək xəyanət iddialarını qəti şəkildə rədd ediblər.
