Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı - Video
04 dekabr 2025 11:17 (UTC +04:00)

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı - Video

0

Tiktoker Ləman Vəliyeva reklamını etdiyi sarı pilinqlə bağlı xoşagəlməz vəziyyət yaşayıb.

Lent.az xəbər verir ki, məhsuldan düzgün istifadə olunmaması onun üz dərisində ciddi qıcıqlanma yaradıb. Ləman bildirib ki, pilinqi yalnız bir dəfə tətbiq etməli olduğu halda ardıcıl dörd gün istifadə edib və nəticədə dərisində yanıq izləri yaranıb.

O, sosial şəbəkədə paylaşdığı videoda izləyicilərə həkim nəzarəti olmadan pilinq etməməyi tövsiyə edib. O əlavə edib ki, ilk tətbiq təsir etmədiyi üçün davam edib, lakin sonradan üzü yanmağa başlayıb. Səhər oyandıqda həm üzü, həm də göz ətrafı şişmiş vəziyyətdə olub.

L.Vəliyeva hazırda müalicə aldığını, yaranan allergiyanın qan dövranına təsir etdiyini də qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar