Məşhur müğənni və biznes-ledi Rihanna ilə reper A$AP Roski bir daha pərəstişkarlarını maraqda saxlayıb. Sənətçi yaxın zamanda verdiyi müsahibədə onların artıq rəsmi nikaha girə biləcəklərinə eyham vurub.
Lent.az xarici mdiaya istinadla xəbər verir ki, jurnalist reperdən Rihannanın hələ nə vaxt gəlinlik geyinəcəyini soruşduqda, A$AP Roski təbəssümlə “Sən hardan bilirsən ki, mən hələ evli deyiləm? Onsuz da bunu təsdiqləməyəcəyəm,” – deyə zarafatla bildirib.
Rihanna və A$AP Roskinin evliliyi ilə bağlı şayiələr ilk dəfə deyil ki, gündəmə gəlir. 2022-ci ildə reper “D.M.B.” klipində sevgilisinə “Marry Me?” (“Mənimlə evlənərsən?”) yazılı qızıl qrilzlə təklif etmiş, Rihanna isə “I Do” (“Bəli”) yazısı ilə cavab vermişdi. O vaxt bəzi mənbələr bunun real toy xəbəri olduğunu iddia etmişdi.