Vüqar Əhməd
15 dekabr 2025 19:14 (UTC +04:00)

Vüqar Əhməd

Şair Vüqar Əhməd sərbəst buraxıldı - YENİLƏNİB

1

Tanınmış şair Vüqar Əhməd sərbəst buraxılıb.

Bu barədə Lent.az-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat katibi Gülnar Səma məlumat verib.

O, Vüqar Əhmədin hansı qurum tərəfindən saxlanıldığını bilmədiyini deyib.

Qeyd edək ki, Vüqar Əhmədin bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yayılmışdı.

Onun niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.

***

saat 19:00

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

Lent.az "Manset.az"a istinadən  xəbər verir ki, o səhər saatlarında işə gedərkən saxlanılıb. 

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.

Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1446

Oxşar yazılar