Şəbnəmdən Gülaya  CAVAB:   "Maraqlı deyil" - FOTO
08 dekabr 2022 15:42 (UTC +04:00)

Şəbnəmdən Gülaya CAVAB: "Maraqlı deyil" - FOTO

Müğənni Şəbnəm Tovuzlu həmkarı barədə diqqətçəkən paylaşım edib.

Lent.az xəbər verir ki, Gülay Zeynallı "Instagram" hesabında Şəbnəm barəsində "Xəzərin axşamı" verilişində dediyi sözlərə aydınlıq gətirib:

"Şəbnəm xanım sənət yoldaşım, həm də hörmət etdiyim gözəl xanımdır. Xırda bir zarafatımı böyütməyə ehtiyac yoxdur. Heç kimə atmaca atmıram. Ya sözümü deyirəm, ya da ərkim çatan insanlara zarafat edirəm".

Bunu "repost" edən Şəbnəm isə ona belə cavab verib:

"Bir-birimizə ərkimiz var. Bunu biz bilirik, canım. Kimlər hara yozur, maraqlı deyil".

Qeyd edək ki, Gülay Zeynallı ötən gün verilişdə Şəbnəm Tovuzlunun libasının 600 manat olduğunu deyən aparıcıya “Heç 600 manatlıq geyimin düyməsi qopar ki? Məncə, qırılmamalıdır. Yəqin, 60 manat demək istəyib”, - deyərək, gülmüşdü. 

 

# 25632
avatar

Nigar Namiq

Oxşar yazılar