Sərdar Ortaç keçmiş həyat yoldaşından  intiqamını   bu cür alıbmış -  Ağılasığmaz hərəkət
24 noyabr 2025 14:49 (UTC +04:00)

Sərdar Ortaç keçmiş həyat yoldaşından intiqamını bu cür alıbmış - Ağılasığmaz hərəkət

0

Müğənni Serdar Ortaç irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqnanın çanta, ayaqqabı və geyimlərini zibil torbalarına dolduraraq İstanbulun kasıb məhəllələrinə paylatdırdığı barədə iddialar son günlərdə magazin gündəmini silkələyib.

Lent.az xəbər verir ki, Türkiyənin məşhur pop ulduzu Serdar Ortaç ilə 2019-cu ildə boşandığı irlandiyalı model Xloye Luqnanın arasında davam edən təzminat gərginliyi yeni bir iddia ilə yenidən gündəmə gəlib.

Boşanma sonrası ödəməli olduğu 1 milyon lirəlik təzminatı hissələrə ayıran Ortaç, maddi çətinlik yaşadığını dəfələrlə qeyd edib və “Ödəyə bilmirəm” deyib. Təminat ödənişlərinin gecikməsi səbəbilə Xloye Luqnanın Ortaçın evinə girov göndərdiyi bildirili. Bu addım tərəflər arasındakı gərginliyi daha da artırıb.

İddiaya görə, girov qərarına əsəbiləşən Ortaç Luqnanın “Evə sonra gəlib götürərəm” dediyi brend çantalarını, ayaqqabılarını və geyimlərini yığışdırıb. Jurnalist Müge Dağıstanlı Erdoğanın iddiasına əsasən, Ortaç bu əşyaların 7 zibil torbasına doldurulmasını əmr edib və sürücüsünə: “Bunları İstanbulun gecəqondu məhəllələrində payla, hədiyyəm olsun”,  – deyə tapşırıb.

Xloye Luqnanın isə baş verənləri eşidəndə əsəb keçirdiyi iddia olunur.

Qeyd edək ki, Serdar Ortaç 2010-cu ildə hit olan “Poşet” mahnısını da o illərdə onu incidən sevgilisinə həsr etmiş, qəzəbini “Səni atacağım poşetə yazıq” sözləri ilə ifadə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar