MS (Multiple Skleroz) xəstəliyi ilə mübarizə aparan məşhur müğənni Serdar Ortaçın son konsertində səhnəyə köməkçilərin dəstəyi ilə çıxması diqqət çəkib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, konsert zamanı yeriməkdə çətinlik çəkdiyi görünən sənətçinin görüntüləri sosial mediada geniş yayılıb.
Ortaçın sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə minlərlə pərəstişkar ona “keçmiş olsun” mesajları göndərərək dəstək ifadə edib.