Tortsuz və telefonsuz:  Selena Qomes toyu üçün nə planlaşdırıb?
28 iyul 2025 19:59 (UTC +04:00)

Tortsuz və telefonsuz: Selena Qomes toyu üçün nə planlaşdırıb?

İlin toyu üfüqdədir - və Selena Qomes bunun fərqli olacağını vəd edir

Selena Qomes bu ilin sentyabrında sevgilisi Benni Blankoya "bəli" deməyə hazırlaşır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cütlük Kaliforniyanın Montecito şəhərindəki malikanədə intim mərasim keçirməyi planlaşdırır və toy planlarına son hazırlıqla məşğuldur.

Təfərrüatlar

Maraqlı bir detal ondan ibarətdir ki, toyda ənənəvi tort olmayacaq. Selena brendinin Rare Beauty səhifəsində bu yaxınlarda verdiyi müsahibədə tortu uşaqlıqdan ən çox sevdiyi desertlə - şirin souslu peçenye ilə əvəz etmək istədiyini söyləyib:

“Onları mənim üçün nənəm hazırlayardı. Həmişə yadımda qalan daddır”, - gələcək gəlin paylaşıb

Selena bunun həm də praktik seçim olduğunu izah edib:

“Mən miniatür bir şey istəyirəm - əgər qalıbsa, dondurum”, - o etiraf edib.

İnsayderlər əlavə edir ki, şənlik iki gün davam edəcək və qonaqlar siyahısı yalnız yaxın dostlarla məhdudlaşır. Onların arasında Teylor Swift, Stiv Martin, Martin Şort və hətta Meril Strip var. 

Müğənni atmosferi mümkün qədər gizli saxlamağa qərarlıdır: o, telefonları tamamilə qadağan etməyi düşünür ki, qonaqlar “Instagram” lentindən deyil, həmin andan həzz ala bilsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar