Türkan Şorayın  qızı da saxlanıldı
22 may 2026 16:55 (UTC +04:00)

Türkan Şorayın qızı da saxlanıldı

0

Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində "Yeşilçam"ın əfsanəvi aktrisası Türkan Şorayın qızı, tanınmış prodüser və aktrisa Yağmur Ünal nəzarətə alınıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul və Muğlada ümumilikdə 25 ünvanda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan 23 şübhəlidən biri olan Ünalın ünvanında axtarış aparılıb.

Məşhur sənətçinin qızının jandarmadakı ifadə prosesindən sonra məhkəməyə sövq ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar