Türkiyəli aktrisadan Azərbaycanda konsert vermək istəyən Kati Perriyə XƏBƏRDARLIQ
08 may 2026 12:21 (UTC +04:00)

Türkiyəli aktrisadan Azərbaycanda konsert vermək istəyən Kati Perriyə XƏBƏRDARLIQ

1

Məşhur aktrisa Afra Saraçoğlu sosial mediada diqqət çəkən bir addım atıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Saraçoğlu Perrinin paylaşımına zarafatla “İstanbula gəl, yoxsa səni bloklayaram” şərhini yazaraq müğənnini Türkiyəyə dəvət edib.

Milyonlarla pərəstişkar qazandığı layihələr sayəsində tanınan Afra Saraçoğlunun Kati Perrinin böyük fanatı olduğu məlum olub. Aktrisanın Perri ilə əlaqəsi əslində daha əvvəllərə gedib çıxır. Kati Perri Saraçoğlunun “Daisies” mahnısına uyğun maska filtri ilə çəkdirdiyi fotosunu bəyənmişdi.

Bu dəfə isə Afra Saraçoğlu müğənninin Azərbaycandakı konsert posterinin altında yumoristik şərh yazaraq diqqət çəkib. O, “İstanbula gəl, yoxsa səni bloklayaram” sözləri ilə Kati Perrini Türkiyəyə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1694

Oxşar yazılar