Bu gün “Eurovision 2013”ün finalıdır
18 may 2013 12:51 (UTC +04:00)

Bu gün “Eurovision 2013”ün finalıdır

Azərbaycan təmsilçisi Fərd Məmmədov  26 ölkə arasından 20-ci səhnəyə çıxacaq


 

Bu gün İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

 

APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Fərd Məmmədov “Hold Me” adlı mahnı ilə 26 ölkə arasından 20-ci səhnəyə çıxacaq.

 

Ötən gün münsiflərin səsverməsi üçün əsas məşq keçirilib. Fərid Məmmədov məşqdə uğurla çıxış edib.

 

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

 

Püşkatmanın nəticələrinə əsasən, finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:

 

 1. Fransa

 2. Litva

 3. Moldova

 4. Finlandiya

 5. İspaniya

 6. Belçika

 7. Estoniya

 8. Belarus

 9. Malta

 10. Rusiya

 11. Almaniya

 12. Ermənistan

 13. Hollandiya

 14. Rumıniya

 15. Böyük Britaniya

 16. İsveç

 17. Macarıstan

 18. Danimarka

 19. İslandiya

 20. Azərbaycan

 21. Yunanıstan

 22. Ukrayna

 23. İtaliya

 24. Norveç

 25. Gürcüstan

 26. İrlandiya

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar