Əməkdar artist: “Evimi, bağımı, 2 maşınımı satmışam”
26 iyul 2013 13:30 (UTC +04:00)

Əməkdar artist: “Evimi, bağımı, 2 maşınımı satmışam”

Əməkdar artist Cavanşir Məmmədov haqqında yazılanlara kəskin reaksiya verib. Lent.az-ın məlumatına görə, müğənninin qəzəblənməsinə səbəb haqqında yayılan şayiələrdir: “Belə bir şayiə yayılıb ki, guya, avtomobilimlə özümü reklam edirəm. Bu sözləri söyləyənlərə demək istəyirəm ki, məni avtomobil verilişinə çağırıblarsa, nədən danışmalıyam? Avtomobil verilişində oxumalıydım? Neçə illərdir səhnədəyəm. Tofiq Quliyevlə əlbəəl görüşmüş bir müğənniyəm. Niyə efirə çağırıb, yaradıcılığımdan danışmırlar? Amma maşını hallandırırlar. İndi də bir çox  saytda yazıblar ki, 1 milyonluq maşınım var. Adama deyərlər bu qiymətə maşın alanda yanımda olmusan? Sübutun var? Maşınım  məni reklam etmir. Əgər maşınımla reklam olunsaydım, 2 il bundan qabaq edərdim. Bəs necə olur müğənnilər 50 dəfə ərə gedir, qumar oynayır, narkomanlıq edir, onu yazmırlar. Maşın almışam, pis iş görmüşəm? 40 ildir sənətdəyəm. Evimi, bağımı, 2 maşınımı satmışam. Yeni maşın almışam. Yaxşı da etmişəm. Bunun başqa insanlara heç dəxli olmamalıdır”.

 

 

 

 

 

# 3751
avatar

Yalçın UĞUR

Oxşar yazılar