Fatimə Türkiyəyə festivala gedib
15 noyabr 2014 18:18 (UTC +04:00)

Fatimə Türkiyəyə festivala gedib

Hindistanda keçirilən “Udbhav international Dance Carnival” rəqs müsabiqəsində qalib olun rəqqasə Fatimə Fətəliyeva Türkiyədə festivala qatılıb. Hazırda Türkiyənin Mersin şəhərində olan rəqqasə Lent.az-a bildirib ki, bu gün səhnəyə çıxacaq: “Artıq Türkiyədəyəm. Bura 27 ölkədən rəqqas və rəqqasələr gəlib. Hazırda festival başlamaq üzrədir. Mənimlə birlikdə bura Azərbaycandan da rəqqaslarda gəlib. Düşünürəm ki, Hindistanda qazandığım uğuru burda da davam etdirəcəm. Buradan qayıtdıqdan sonra həm Hindistanda qazandığım uğurla bağlı, həm də Türkiyədə çıxışımla bağlı mətbuat konfransı keçirməyi düşünürəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar