Məşhur tiktoker "Roşka" həbsə göndərildi – MƏHKƏMƏDƏ HÖKM
13 oktyabr 2026 10:27 (UTC +04:00)

Məşhur tiktoker "Roşka" həbsə göndərildi – MƏHKƏMƏDƏ HÖKM

0

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Rövşən Süleymanzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki prosesdə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, "Roşka" ləqəbi ilə tanınan tiktoker bu ilin yanvarında sosial şəbəkələrdə canlı yayımlar zamanı əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Rövşən Süleymanzadəyə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar