Narkotik istifadə etdiyinə görə həbs olunan tanınmış müğənni Deniz Seki Türkiyə parlamentinin üzvü, millət vəkili Veli Ağbaba ilə görüşüb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türkiyəli müğənni onu ziyarət edən millət vəkilinə durumundan danışıb. Ağbaba, görüşdən sonra bildirib ki, məşhur müğənni 24 nəfərlik məmur kamerasında 14 adamla birlikdə qalır.
Deniz Seki millət vəkili ilə söhbəti zamanı ona günahsız olduğunu deyib: "Bir səhv etdim, cahillik edərək yalnız bir dəfə narkotikdən istifadə etdim. Amma heç vaxt narkotik satıb, biznesi ilə məşğul olmamışam. Həftənin cümə axşamı günləri anamla 10 dəqiqəlik telefonla danışıram. Onun da 5 dəqiqəsini telefonda ağlayırıq. Mən günahsızam”.
Müğənni deputata həbsxanada namaz qıldığını, çoxlu dua etdiyini də deyib.