İlhamə Quliyeva təmtəraqlı yubileyə hazırlaşır
27 iyul 2013 16:04 (UTC +04:00)

İlhamə Quliyeva təmtəraqlı yubileyə hazırlaşır

 

Xalq artisti İlhamə Quliyeva doğum gününə və səhnə fəaliyyətinin 50 illik yubileyinə hazırlaşır. Bu barədə Lent.az-a xalq artistinin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. O, bildirib ki, İ.Quliyeva yubileyini ilk olaraq iyulun 28-də ATV telekanalında yayımlanan “Şən bazar” verilişində edəcək. Verilişdə yalnız müğənnin həyat və yaradıcılığından danışılacaq. Proqramın qonaqları isə əməkdar artist Abbas Bağırov və İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva olacaq. Daha sonra isə yubiley  “Space” kanalında da qeyd olunacaq. Təmtəraqlı yubiley isə avqustun 25-də qeyd ediləcək. Həmin gün yubileyə İ.Quliyevanın sayıb, seçdiyi yaradıcı sənət adamları, ziyalılar və Azərbaycanın bir çox tanınmış simaları qatılacaq. Bu gecənin təşkilatçılıq işlərini isə prodüser Tolik (Tarix Əliyev) öz üzərinə götürüb.

 

 

F.Ələkbərli daha sonra onu da əlavə edib ki, xalq artistinin yubiley gününü avqustun 25-nə təyin etməsi əbəs yerə deyil: “İlhamə xanım bir neçə il bundan öncə avqustun 25-i ürəyindən uğurlu əməliyyat keçirmişdi. Məhz bu üzdən də hər il avqustun 25-ni ikinci doğum günü kimi qeyd edirik”.
 

 




 

 

 

 

 

 

# 1482
avatar

Yalçın UĞUR

Oxşar yazılar