Kənan Doğlu konsertdən sonra danışdı 
08 dekabr 2013 00:28 (UTC +04:00)

Kənan Doğlu konsertdən sonra danışdı 

Dekabrın 7-də   Heydər Əliyev Sarayında Türkiyənin tanınmış  müğənnisi  Kənan Doğulunun konserti olub.

 Lent.az-ın məlumatına görə, aparıcılığını Vüsalə Əlizadənin etdiyi gecədə K.Doğulu sevilən mahnılarını canlı  ifa edib. Konsertdə o, albomunda yer alacaq yeni mahnıları da oxuyub.

Tədbir  bitər-bitməz müğənni təəssüratını bölüşüb: “Çox yaxşı bir konsert verdiyimi deyə bilərəm. Buna görə də hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanda canl-canlı mahnılar oxumaq mənə böyük zövq verir”.


Qeyd edək ki, təşkilatçılığını  Səlahəttin Atalay etdiyi konsertdə K.Doğulunu qardaşı Ozan Doğulunun başçılıq etdiyi 27 nəfərlik musiqiçi qrupu müşayiət edirdi.


 

# 1076
avatar

Yalçın UĞUR

Oxşar yazılar