Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayeva mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçı sözləri Mikayıl Fərruxa, musiqisi Mikayıl Vəkilova məxsus olan “Ey Azərbaycanım” adlı klipini təqdim edib. Tədbirdə ekran işi nümayiş olunduqdan sonra S.Babayeva öz təəssüratlarını bölüşüb: “İlk əvvəl tədbirə gələn qonaqları salamlayıram. Bu günə qədər bir çox mahnılar ifa etmişəm. Amma vətənpərvər mövzuda lentə aldırdığım bu mahnını uzun illərdir ki, yazdırmaq istəyirdim. Nəhayət istəyimi həyata keçirdikdən sonra, bu mahnıya klip çəkdirmək barədə düşündüm. Hər şey plan üzrə həyata keçirildi. Bu gün də həmin işin bəhrəsini sizlər gördünüz. Məncə fərqli iş ərsəyə gəlib. Bunun üçün də çox sevincliyəm. Klipdə Azərbaycanın ən gözəl məkanları lentə alınıb. İşlərim bununla bitmir,bir çox yeniliklərim var, zamanla təqdim etməyi düşünürəm ”.

Oxşar yazılar

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33