Namiq Qaraçuxurlunun gəlinsiz toyundan <span style="color:red;">İLK ŞƏKİLLƏR  - YENİLƏNİB
12 oktyabr 2015 19:22 (UTC +04:00)

Namiq Qaraçuxurlunun gəlinsiz toyundan İLK ŞƏKİLLƏR - YENİLƏNİB

 

Hazırda paytaxt məkanlarının birində meyxanaçı Namiq Qaraçuxurlunun toyudur. Lent.az-ın məlumatına görə, şadlıq evinin qarşısınadək bəyin maşınını 5 ədəd "Gelandewagen" markalı maşın müşayiət edib. 

 

İkinci dəfə ailə həyatı quran meyxanaçının xeyir işinə şou-biznesin bir çox tanınmış simaları gəlib. Aparıcı Nəsib Nurun təqdimatı ilə başlayan gecəni əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm qrupu" açıq elan edib.

 

Daha sonra toyun aparıcı sözü müğənnisi, əməkdar artist Abbas Bağırova verib.

 

Onu da əlavə edək ki, gecədə müğənni Elnur Məmmədov, meyxanaçı Mehman Əhmədli, nəğməkar şair Vüqar Əhməd,  aktyor Fərda Xudaverdiyev, aparıcı ilkin Həsəni iştirak edir.

 

Qeyd edək ki, N. Qaraçuxurlu toyu gəlinsiz edir. Toyda qadınlar iştirak etmir.

 

N. Qaraçuxurlu restorana daxil olmamış təəssüratlarını bölüşüb: "Bağışlayın ki, bu soyuq havada siz jurnalistləri qapının ağzında gözlətdim. Aylardır bu günü gözləyirdim. Elə bil çiynimdən böyük bir yük götürüldü. Məsuliyyətli bir gündür. Səhərdən telefonum susmur, zənglərə cavab verirəm. Ailə qurmağım üçün bu qədər gözləməyimə dəyib- dəyməyəcəyini indidən bilmirəm. Zaman göstərəcək”.

 

N. Qaraçuxurlu toyu mediaya qapalı etməsinin səbəbindən də danışıb: "Toya elə adamlar dəvət olunub ki, onlar mediada görsənmək istəmir. Məhz onların rahatçılığını nəzərə alıb, medianı toya buraxmağa icazə vermədim".

 

Xatırladaq ki, N. Qaraçuxurlu Solmaz Şükürova adlı xanımla ailəli olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar