Natavan Həbibinin sözü kimlə çəp gəldi?
28 may 2013 13:53 (UTC +04:00)

Natavan Həbibinin sözü kimlə çəp gəldi?

Dünən ATV-də  “Qrup №1” verilişinin növbəti buraxılışı efirə çıxıb. Lent.az-ın məlumatına görə, verilişin budəfəki münsif qonaqları Teymur Mustafayev və Aygün Şükürova olub. Veriliş bu dəfə münsiflərin qalmaqallı çıxışları ilə yadda qalıb. Münsiflərdən Natavan Həbibi ilə Vüsalə Hikmətin söz dueli efir boyu davam edib. Onların heç bir sözü bir-birinin boğazından keçməyib. Buna görə də zaman – zaman aparıcı İlkin Həsəni tərəfləri çətinliklə sakitləşdirib.

 

Verilişdə həm “Heyratı Muğam” , həm də “Şanson” qrupunun ifaları maraqla qarşılanıb. Sonda isə duelin qalibi adını Heyratı muğam qrupu qazanıb. Gələn həftənin duelçiləri isə “Av-Klassik” və “Kral” qrupları olacaq.

 

Qeyd edək ki, veriliş hər həftənin bazar ertəsi, saat 21-50- də efirə çıxır. Layihənin informasiya tərəfdaşı Lent.az portalıdır.

 

# 1564
avatar

Oxşar yazılar