Rəqsanə: “...aralarında kişi də var, qadın da”
04 dekabr 2013 12:46 (UTC +04:00)

Rəqsanə: “...aralarında kişi də var, qadın da”

Hazırda Türkiyədə olan müğənni Rəqsanə İsmayılova, türkiyəli heyətlə nəzərdə tutulan layihələrini həyata keçirir. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, sözləri və musiqisi özünə məxsus olan 5 mahnı hazırlayıb və həmin mahnıları yerli sənətçilərimizə təqdim edəcək. Rəqsanə onu da əlavə edib ki, həmin bəstələr Türkiyədə aranjeman olunub.

“Yeni bəstələdiyim mahnılar artq hazırdır. Onları həmkarlarıma təqdim edəcəm. Artıq beş müğənninin kimliyini də müəyyən etmişəm. Səslərinə dəyər verdiyim həmkarlarım oxuyacaq. Aralarında kişisi də var, qadını da. Bu mahnıları onlara hədiyyə olunacaq. Hələlik adlarını açıqlamaq istəmirəm. Gələn həftənin sonu Bakıya gələcəm. Mahnıları həmin ərəfədə təqdim edəcəm”.

# 2090
avatar

Yalçın UĞUR

Oxşar yazılar