Rəqsanə Aygünə oxşamaq istəmədi
25 iyul 2013 14:53 (UTC +04:00)

Rəqsanə Aygünə oxşamaq istəmədi

Rəqsanənin Türkiyədə etdirdiyi fotosessiyanın  Aygün Kazımovanınkı ilə oxşar olması barədə söz-söhbət yayılıb. Rəqsanə bununla bağlı Lent. az-a açıqlama verib:

“Mən yalnız özümə oxşamaq istəyirəm. Hər bir sənətçini öz adına görə tanıyırlar. Bunu  məşhurlaşmaq istəyən adam edər. Aygün xanıma hörmətim sonsuzdu. Ümumiyyətlə, kiməsə bənzəməyə və geyimini təkrarlamağa ehtiyacım yoxdur. Şükür Allaha, öz tərzimlə, geyimimlə məni tanıyırlar. Geyimimə heç kim irad tuta bilməz. Çünki zövqümə güvənirəm və nə geyindiyimi yaxşı bilirəm. Hətta peşəkar modelyerlər belə dəfələrlə zövqümü dəyərləndiriblər. Zövq və geyim baxımdan özümü şou-biznesdə birincilərdən sayıram. Hətta bəzilərinə geyim seçməkdə yardımçı da oluram ”.

 

# 1654
avatar

Yalçın UĞUR

Oxşar yazılar