Sərdar Ortac Naxçıvandan motosikletlə qayıtdı
27 may 2013 11:57 (UTC +04:00)

Sərdar Ortac Naxçıvandan motosikletlə qayıtdı

Sərdar Ortac Naxçıvandan motosikletlə qayıtdı

 

Türk müğənnisi Sərdar Ortacın Naxçıvanda konserti olub. Lent.az-ın məlumatına görə, konsert Cahan Holdingin təşkilatçılığı ilə baş tutub.

 

Yağış yağmasına baxmayaraq, konsertə  yüzlərlə tamaşaçı qatılıb. Sərdar açıq havada 2 saat çıxış edib.  

 

Sərdardan öncə səhnəyə yerli müğənnilərimiz də çıxıb. Xanəndə Arzu Əliyeva, müğənnilər Günay İbrahimli, Elçin Cəfərov və Günel Məhərrəmova öz mahnılarını ifa ediblər.

Prodüseri Elnur Həsənov, aparıcı Nərgiz Cəlilova olub. Konsertdə həm də lotoreya oynanılıb. Müxtəlif məişət əşyaları və 2 avtomobil udulub.

 

 

Sərdar da hədiyyəsiz qalmayıb. Konsertin təşkilatçıları ona motosiklet hədiyyə ediblər.

 

Qeyd edək ki, konsertə Lent.az informasiya dəstəyi verib.

 

Fotolar müəllifə məxsusdur

# 2353

Oxşar yazılar