Toppuş bacı: "Toy günümü elan verəcəm"
30 aprel 2013 23:52 (UTC +04:00)

Toppuş bacı: "Toy günümü elan verəcəm"

Hamının “Toppuş bacı” kimi tanıdığı əməkdar artist Tünzalə Əliyevanın nişanlanması xəbəri artıq yayılıb. Bu gün isə subaylığın daşını atan “Toppuş bacı” şəxsi həyatında baş verən dəyişikliklərdən söhbət açıb: “Bu mənim şəxsi həyatımdır. İstəmirəm ki, gec və təzə qurduğum ailə həyatımda hər hansı bir xoşəgəlməz söz-söhbətlər olsun. Bəli, nişanlanmışam, inşallah yaxın aylarda toy etmək fikrimiz var. Ondan sonra oğlan toyu olacaq. Sadə bir insanam, mənim sevib-seçdiyim də sadə bir ailənin oğludur. Toy gününü elan verəcəm, hansı müxbir, hansı sayt, kim istəyirsə, gəlsinlər qonağım olsunlar. Yesinlər, içsinlər, oynasınlar”.

 

ANS PRESS

# 4801
avatar

Oxşar yazılar