Xalq artisti: “Xaricdə mənə tələbat var”
08 avqust 2013 19:14 (UTC +04:00)

Xalq artisti: “Xaricdə mənə tələbat var”

Xalq artisti Bilal Əliyev xarici ölkələrdə gerçəkləşdirdiyi konsertlərdən söz açıb. Səhnə fəaliyyətindəki uğurlardan Lent. az-a danışan müğənni dünyanın əksər yerlərində konsert verdiyini söyləyib: “Dünyanın elə bir ölkəsi olmayıb ki, mən orada olmayım və konsert verməyim. Hətta xarici ölkələrdə mənə tələbat var. Tələbat olmasa, məni ora dəvət etməzlər. Xaricə istirahətə yox, konsert verməyə gedirəm. Məndən öncə də xaricdə konsert verən Rəşid Behbudov və digər dahi sənətkarlarımız olub. Mən də onlar kimi Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda da yaşadıram”.

 

 

 

# 1494
avatar

Yalçın UĞUR

Oxşar yazılar