Xalq artisti İlhamə Quliyeva oğlunu evləndirdi
19 aprel 2013 22:35 (UTC +04:00)

Xalq artisti İlhamə Quliyeva oğlunu evləndirdi

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün oğluna toy edir.

 

Lent.az-ın məlumatına görə, xalq artistinin oğlu Orxan sevib-seçdiyi Arifə xanımla ailə qurub.

 

Paytaxtın məşhur restoranlarından birində təşkil olunmuş mərasimi şoumen Murad Dadaşov açıb. Daha sonra çıxış edən İlhamə Quliyeva qonaqları salamlayıb, onu bu şad günündə tək qoymadıqları üçün hər kəsə təşəkkürünü bildirib.

 

Toyda dövlət rəsmiləri, millət vəkilləri, media rəhbərləri, tanınmış teleaparıcılar və sənət dünyasının əksər tanınmışları iştirak ediblər.

 

Xalq yazıçısı Anar, xalq artistləri Arif Babayev, Habil Əliyev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Razi Şükürov, Fidan və Xuraman Qasımovalar, Firəngiz Mütəllimova və onlarla başqa tanınmış mərasimdə iştirak edib.

 

Toyu müğənni Vasif Məhərrəmov idarə edib. İlhamə Quliyeva özü də bir neçə mahnı ifa edib.       

# 6086
avatar

Oxşar yazılar