Bakıya gətirilən 800 min dollarlıq avtomobil - FOTO
06 fevral 2021 19:14 (UTC +04:00)

Bakıya gətirilən 800 min dollarlıq avtomobil - FOTO

Bakıya yeni "Rolls-Royce Ghost" markalı avtomobil gətirilib.

Bu barədə DJ Tural Yusifov sosial meda hesabında paylaşım edib. O qeyd edib ki, brendin ən uğurlu modellərindən olan yeni "Rolls-Royce Ghost"un qabaritləri 5546x2148x1571 mm, təkər bazası 3295 mm-dir. Birinci nəsildən fərqli olaraq 89 mm daha uzun, 30 mm daha enlidir. Oxlar arasındakı məsafə dəyişməyib, amma platforma yenidir.



"Buna dəbdəbə arxitekturası da deyə bilərik. Eyni geniş alüminum ramadan "Phantom" və "Cullinanda" da istifadə edilib. Bu dəbdəbəli avtomobili modernlədirilmiş 6.75 litrlik V12 mühərrik hərəkətə gətirir. Kapot altında 571 at gücü var və 850 nm dartqı qüvvəsinə malikdir. Mühərrik 8 pilləli ZF atomat sürətlər qutusu ilə tamötürücülü güclə irəli şığıyır. Saatda 100 km-i 4.8 saniyəyə yığır", - deyə T.Yusifov əlavə edib.

Qeyd edək ki, bu avtomobilin bazar qiym'ti 315-450 min dollardır./gent.az

# 4581
avatar

Oxşar yazılar